Şeyx BƏƏ prezidenti ilə görüşdü

Şeyx BƏƏ prezidenti ilə görüşdü

BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Əbu-Dabi Qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Ən-Nəhyan tərəfindən qəbul edilib.

 

Bu barədə Sfera.az-a QMİ-nin Mətbuat Xidmətindən bildirilib.

 

Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam BƏƏ dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

 

Öz növbəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş edib. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilib.

 

Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər bayramı tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat verib. O, Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə edib.


OXŞAR XƏBƏRLƏR

Zelenski bu şuraya MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiya...

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...