“TRT Haber”: “Azərbaycanın Qarabağdakı zəfərindən üç il ötür” - VİDEO

“TRT Haber”: “Azərbaycanın Qarabağdakı zəfərindən üç il ötür” - VİDEO

“44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu xalqın illərlə davam edən vətən həsrətinə son qoydu”.

 

Bu barədə Türkiyənin “TRT Haber” kanalının Ermənistanın 30 illik işğalına son qoyan Qarabağ Zəfərinin üçüncü ildönümünə həsr olunmuş məqaləsində bildirilib.

 

Müəllif ilk olaraq Ermənistanın Sovet İttifaqının dağılmasından sonra işğal etdiyi Qarabağ və ətraf torpaqlardan 30 ilə yaxındır ki, Azərbaycan əsgərlərinə və dinc əhaliyə qarşı hücumlar həyata keçirməsindən bəhs edib:

 

“2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun dinc əhaliyə qarşı artan hücumları və təmas xəttindəki kəndləri ağır silahlardan atəşə tutması artıq Azərbaycanın səbir kasasını daşdırdı. Prezident İlham Əliyevin əmri ilə həmin gün Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, Azərbaycan üçün Vətən müharibəsinə çevrilən əməliyyat 44 gün davam etdi. Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi”.

 

Məqalədə həmçinin 44 günlük müharibədə PUA-ların rolu, Türkiyənin dəstəyinin Azərbaycana güc verməsi, torpaqlarımızın işğaldan azad olunmasından sonra görülən yenidənqurma və bərpa işləri, regionda sülhün bərqərar olması üçün Bakının diplomatik təşəbbüslərini davam etdirməsi barədə də bəhs olunub və Azərbaycanın Qarabağda suverenliyinə tam nail olunduğu vurğulanıb.

 


OXŞAR XƏBƏRLƏR

Zelenski bu şuraya MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiya...

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...