Şuşada nə qədər sakin işlə təmin olunub?

Cəmiyyət
13:20 / 08.11.2023
2545
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.
Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.
Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.
Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.
Eyni zamanda Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-adək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.