Evinin altında 2000 illik yeraltı şəhər tapdı - FOTO

Evinin altında 2000 illik yeraltı şəhər tapdı - FOTO

Türkiyə Kayseridə 57 yaşlı Mustafa Halıcıoğlu evinin altında 200 metrlik, 2000 illik yeraltı şəhər tapıb. Şəhər tunellərlə birləşdirilmiş bir neçə səviyyəyə malikdir.
 

Sfera.az bildirir ki, vaxtilə bölgədə bir neçə yeraltı şəhər olub. Sonradan sakinlər onları tərk edərək yerin səthində məskunlaşmağa başlayıblar.


Arxeoloji tapıntının yerləşdiyi torpağın sahibi deyir ki, ev ona atasının ölümündən sonra miras qalıb. Ailə üzvləri mirası öz aralarında bölüşdürüblər və o, atasının mülkünün sahibi olub. O, zibilləri təmizləyərkən tunel və qədim tikililərin elementlərini tapıb. Sonra o, bütün mülkü təmizləməyə başlayıb və yerin altında bütöv bir qədim şəhər tapıb.


Mustafa Halıcıoğlu gələcək nəsillər üçün yeraltı şəhəri bərpa etməyi xəyal edir.

"Evin altında yeraltı şəhər olduğunu bilmirdik. Yeganə məqsədimiz gələcək nəsillərə haqqımızda miras qoymaqdır. Bu proses bizi həm maddi, həm də mənəvi cəhətdən yorub, ümid edirəm ki, dövlətimiz bu məsələdə bizə dəstək olacaq. Biz burada öz paytaxtımızda işləyirik. İstəyirik ki, bura gələn turistlər xarabalıqlar əvəzinə nəsə görsünlər”-deyə Mustafa Halıcıoğlu bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...

Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal ərazi...