İranda baş verən güclü zəlzələ Azərbaycanı da SİLKƏLƏDİ

İranda baş verən güclü zəlzələ Azərbaycanı da SİLKƏLƏDİ

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

 

09.54

 

Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

 

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

 

***

 

Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda da hiss olunub.


OXŞAR XƏBƏRLƏR