"Onların qollarını bağladıb Azərbaycana gətirdi" - Polad Həşimovun anası Prezidentə təşəkkür etdi

Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova Prezident İlham Əliyevə təşəkkür etdi.
 

"Bizim Prezidentimiz Ali Baş Komandan Xankəndinə bayraq sancdı. Və Xankəndində neçə ildir bizə "Gələrik, Bakını alarıq" deyənlərin qollarını bağlayıb Azərbaycana gətirdi. Mən ona görə Prezident İlham Əliyevə təşəkkür edirəm."
 

Sfera.az bildirirki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində keçirilən Zəfər Günü tədbirində deyib.


Öncə səhnəyə çıxan Birinci Qarabağ Müharibəsi şəhidi Cavanşir Rəhimovun anası Leyla Rəhimova övladının və 31 il əvvəlki şəhidlərin qisasını alan Vətən Müharibəsi şəhidlərinin analarına təşəkkür edərək, onların əllərindən öpdüyünü bildirdi. Daha sonra təşəkkürünü şəxsən general Polad Həşimovun anası Səmayə xanıma bildirmək üçün onunla bərabər səhnəyə çıxdı və bu mənzərə kövrək anların yaşanmasına səbəb oldu. Hər iki müharibənin şəhid anaları qucaqlaşaraq, bir-birinə təsəlli və təşəkkürlərini ifadə etdilər. Şəhid anası Leyla Rəhimova Prezidentmizlə bağlı xoş sözlər söyləyərkən tədbirə dəvət olunmuş 700-ə yaxın şəhid anası tərəfindən də ayaqda alqışlandı. Daha sonra Səmayə Həşimova öz növbəsində şəhid anaları adından Cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirdiyi bu fikirləri ilə yadda qaldı.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR