Mərdanə duruşu ilə yaddaşda qalan topçu Vüsal indi haradadır? - FOTOLAR

Mərdanə duruşu ilə yaddaşda qalan topçu Vüsal indi haradadır? - FOTOLAR

Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən döyüşçülərdən biri də topçu Vüsal Şahkərimov oldu. Qorxmaz artilleriyaçı düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamını qürurlandırmışdı.

 

Bəs, topçu Vüsal indi haradadır, nə işlə məşğuldur?

 

Sfera.az bildirir ki, bu suallara cavab almaq üçün AZƏRTAC- müxbiri Xaçmazda Vüsal Şahkərimovla görüşüb, hərbi xidmətdən sonrakı fəaliyyəti ilə maraqlanıb.

 

Vüsal Şahkərimov hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışır.

"Vətən müharibəsində qazanılan şanlı Qələbədədən 3 il keçir. Həmin günləri hər an xatırlayıram. Mən 2019-cu ilin iyul ayında, doğum günümdə hərbi xidmətə yollanmışam. Hərbi xidmətdə artilleriyaçı idim. Biz təlimlərdə iştirak edirdik. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə başladıq. Sərrast atəşlərlə düşmənin mövqelərini məhv edirdik. Mənimlə döyüşlərdə Xaçmaz rayonu Arif Məmmədov adına Qusarçay tam orta məktəbində bir yerdə oxuduğum iki sinif yoldaşım da iştirak edirdi. Onlar Vətən uğrunda şəhid oldular. Dostlarımın şəhid olması məndə düşmənə nifrəti daha da artırdı”, – deyə Vüsal Şahkərimov o günləri yada salır.

 

Məğrur duruşu ilə hamının rəğbətini qazanan, yağıya gözdağı olan Vüsal həmin videokadrlar haqqında valideynlərindən eşitdiyini bildirib.

 

"Müdafiə Nazirliyinin çəkiliş qrupu döyüşü lentə alırdı. Məni çəkdiklərindən xəbərim olmayıb. Bir neçə gün sonra valideynlərimlə telefonla danışanda mənə dedilər ki, "səni televizorda göstərirlər”. Həmin kadrlar böyük marağa səbəb olmuşdu. Mən buna çox sevinmişdim. İndi bacım 6-cı sinifdə oxuyur. Hər dəfə "Tarix” kitabını gətirib mənim şəklimi göstərir. Böyük qürur hissi keçirirəm”, – deyə o söyləyib.

 

İyirmi iki yaşı olan Vüsal Şahkərimovu Xaçmazda hamı yaxşı tanıyır. Tez-tez vətənpərvərlik mövzusunda tədbirlərə dəvət alır, döyüş xatirələrini bölüşür.

"Biz Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərdə qələbə qazandıq. Bu gün bayrağımız Şuşada, Xankəndidə dalğalanır. Buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Şəhid olmuş döyüş yoldaşlarımı heç vaxt unutmayacağam”, – deyə Vüsal Şahkərimov bildirib.

 


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağ...

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...