Rəsədxanadan xəbərdarlıq: Qasırğa gözlənilir!

Rəsədxanadan xəbərdarlıq: Qasırğa gözlənilir!

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Rəsədxanadan Sfera.az-a bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

 

Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

 

Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağ...

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...