Prezidentin təyin etdiyi yeni generallar kimlərdir? - Birinin 36 yaşı var...

Prezidentin təyin etdiyi yeni generallar kimlərdir? - Birinin 36 yaşı var...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib. Bunlar Fərid Əliyev, Namiq Bayramov və Müşfiq Məmmədovdur.

Sfera.az yeni generallarla bağlı bəzi məlumatları təqdim edir.

General-mayor Fərid Əlibaba oğlu Əliyev daha əvvəl Dövlət Gömrük Komitəsində çalışıb, 2018-ci ildə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi təyin olunub. Bu ilin yanvarında öz ərizəsi ilə DGK-dakı vəzifəsindən ayrılıb. Hazırda isə xidmətini Müdafiə Nazirliyində davam etdirir. Gənc generalın 36 yaşı var.

Fotoda Fərid Əliyev

Müşfiq Xıdır oğlu Məmmədov isə Azərbaycanın Türkiyədəki hərbi attaşesidir. Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan  general Məmmədov, həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. 

Fotoda Müşfiq Məmmədov

Digər zabitimiz Namiq Süleyman oğlu Bayramov isə “Vətən uğrunda” medalı ilə təltif edilən hərbçilərimizdəndir. Məlumata görə, o, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda Hava Hücumundan Müdafiə İdarəsində Qərargah rəisi vəzifəsini icra edib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağ...

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...