Prezident və birinci xanım Şuşada “Yasəmən” hotelinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Şuşada “Yasəmən” hotelinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada “Yasəmən” hotelinin açılışında iştirak ediblər.

 

Sfera.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma hoteldə yaradılan şərait barədə məlumat verilib.

 

Otuzillik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini verməkdədir. Qədim Qarabağ torpağında Fond tərəfindən dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrasına start verilib. Heydər Əliyev Fondunun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də “Yasəmən” hotelidir.

 

Bildirilib ki, XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.

 

Fond tərəfindən bərpa edilən binalar hazırda hotel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Hotel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir. Qonaqlar hotelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Hotelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.

 

Hotellə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Mehmandarovlar malikanə kompleksinin yuxarı hissəsində bərpa olunacaq binalar barədə də məlumat verilib.

 

Dövlət başçısı və birinci xanım hotelin həyətində yasəmən ağacı əkiblər.

 

Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” hotelləri, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” hoteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağ...

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...