Abşeronda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur - FOTOLAR

Abşeronda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur - FOTOLAR

Zəfər gününün üçüncü ildönümündə respublikanın hər yerində olduğu kimi Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

 

Sfera.az xəbər verir ki, Abşeron RİH-in tədbirlər planına uyğun olaraq əlamətdar tarixi gün münasibətilə müxtəlif silsilə tədbirlər – “Zəfər dastanı” şeir müsabiqəsi, kitab və rəsm sərgiləri, dəyirmi masa və disputlar, ədəbi-bədii kompozisiyalar, flaşmob, açıq dərslər, idman yarışları və “Zəfər nəğməsi” adlı muğam festivalı keçirilib.

 

Tədbirlər sırasında həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlər tərəfindən yazılan 100-dən artıq məktub əsgərlərə ünvanlanıb.

 

Müsabiqələrdə fərqlənən şagirdlərə Abşeron RiH tərəfindən fəxri fərman, diplom və təşəkkürnamələr təqdim edilib.

 

Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində keçirilən silsilə tədbirlərdə 44 günlük Vətən müharibəsi, “Dəmir yumruq”, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı və rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 illik işğaldan azad etməsi, şanlı Zəfər qazanması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə şərəfli tariximizdən danışılıb.

 

“Hədəf” liseyi Abşeron filialında “Zəfərin balabilgələri” adlı tədbir yüksək həyəcan və sevinclə keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və liseyin kollektivi iştirak edib. RİH başçısı xüsusi olaraq hazırlanan liseyin “CNC” aparatını işə salaraq “STEAM”la tanış olub. Bu aparatla Ümumilli Liderin Heydər Əliyevin portreti hazırlanıb. Eyni zamanda rəngarəng rəsm sərgisinə baxış keçirilib.

 

Liseydə təhsil alan şəhidlərimizdən bizə əmanət qalan övladları xüsusi təbrik edərən Abdin Fərzəliyev onlara hədiyyələr təqdim edib.

 

Məlumat üçün bildirək ki, sabah Zəfər Günü Abşeron rayonunda təntənəli şəkildə qeyd olunacaq. Qələbənin üçüncü il dönümündə Abşeron ictimaiyyəti tərəfindən ilk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilərək xatirəsi dərin ehtiramla yad olunacaq. Sonra Şəhidlərin Xatirə Kompleksi, abşeronlu şəhidlərin də dəfn olunduğu İkinci Fəxri xiyaban, Xırdalan şəhərindəki, o cümlədən rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunacaq. Daha sonra isə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda respublikamızın tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış edəcəyi konsert proqramı baş tutacaq və tədbir atəşfəşanlıqla sona çatacaq.

 







OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağ...

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...