Asəf Hacıyev İlham Əliyevi təbrik etdi

Asəf Hacıyev İlham Əliyevi təbrik etdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Sfera.az xəbər veri ki, məktubda deyilir:

 

- Möhtərəm cənab Prezident!

 

Sizi tariximizə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

 

Bu günü Azərbaycan xalqı 30 il həsrətlə gözləyirdi. Sizin ardıcıl siyasətiniz, qətiyyətli addımlarınız nəticəsində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi və ölkəmiz öz suverenliyini bərpa etdi. Azərbaycan dünyada çox az sayda olan ölkələrdəndir ki, torpaqlarının 20 faizini itirdikdən sonra gücünü toplayıb ərazi bütövlüyünü bərpa etdi. Bu, Sizin rəhbərliyiniz altında mümkün oldu.

 

Bu günlərdə Azərbaycan xalqı 9 Noyabr – Dövlət Bayrağı Gününü, 12 Noyabr – Konstitusiya Gününü, 17 Noyabr – Milli Dirçəliş Gününü qeyd edir. Heç təsadüfi deyil ki, məhz bir neçə gün əvvəl Siz Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdınız və ölkəmizdə yaşayan hər bir ailəyə sevinc hissi bəxş etdiniz.

 

Cənab Prezident, Sizin xalqımızın milli dəyərlərinə əsaslanan, Azərbaycanın bütövlüyü uğrunda həyata keçirdiyiniz siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sizə cansağlığı, böyük uğurlar və ailə səadəti arzu edirəm.


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağ...

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...