"Bu fərmanlar hərbçilərin pensiyasının artırılmasına imkan verəcək" - Nazirlik

Prezident İlham Əliyevin yeni imzaladığı fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sfera.az-a verilən məlumata görə, sənədlərə əsasən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşları 1 yanvar 2024-cü il tarixindən 20 faiz artırılıb.
 

Digər Fərmana əsasən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçularının aylıq təminat xərcliyinin tərkibi optimallaşdırılacaq, bu kateqoriyadan olan şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğinin hesablanması üçün əsas götürülən hissənin məbləği artırılacaq.

 

Nəticədə həmin şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğində ciddi artım imkanı yaranacaq, həmçinin onların təminat xərcliyində artım baş verəcək.

 

Dəyişikliklərdə humanist yanaşma tətbiq edilərək, indiyə kimi hərbi xidmətdən tərxis olunmuş XTQ mənsubları, eləcə də şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvləri də unudulmamış, onların da pensiyalarının artırılması üçün şərait yaradılmışdır.

 

Belə ki, dövlət başçısının Fərmanı 1 dekabr 2022-ci il tarixindən tətbiq edildiyindən hazırda həmin kateqoriyadan olan hərbi qulluqçu kimi pensiya alan şəxslərin, habelə şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvlərinin aldığı ailə başçısını itirməyə görə pensiyaların məbləği də yenidən hesablanaraq artırılacaq.


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...