"Bu yanlışdan bir an öncə vaz keçilməlidir!” - QAFSAM sədri
Təhsil
15:27 / 07.11.2023
5761
“Universitetlərdə dərslərə davam edərkən tələbədən imtahan götürmək ən azından Azərbaycan reallığında effektiv deyil”.
Bunu Sfera.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədrinin müavini Nazim Cəfərsoy bildirib.
N.Cəfərsoy qeyd edib ki, imtahan olan dövrdə tələbəyə keçilən dərslər səmərəsiz olur:
“Tələbələr ya ümumiyyətlə, dərsə gəlmirlər, ya da dərsdə digər dərsin imtahanlarına hazırlaşırlar. Təcrübə göstərir ki, imtahan dövründə keçilən mövzuları da başqa zaman yenidən təkrarlamaq lazım olur.
Bu cür metodu hələ 31 il əvvəl Qazi Universitetində mən tələbə olarkən tətbiq etdilər və uğurlu olmadı, 1 il sonra vaz keçildi! Bu yanlışdan bir an öncə vaz keçilməlidir!”
Firuzə Əliyeva