Lirə daha da UCUZLAŞDIYENİ MƏZƏNNƏ

Lirə daha da UCUZLAŞDI – YENİ MƏZƏNNƏ

Lirənin sürətlə ucuzlaşması nəticəsində Azərbaycanda olan məzənnə 6 qəpikdən də aşağı düşüb. 


Sfera.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məzənnələrə əsasən bir lirə 5,97 qəpikdir. 


Amma kommersiya banklarında lirənin alış qiyməti daha çox enib. Lirə 4,1-4,6 qəpiyə alınır, 7,1 qəpiyə satılır. 


Azərbaycanda geniş istifadə edilən “Trendyol” və digər bu kimi onlayn mağazalarda əməliyyatlar zamanı isə bir lirə 6-6,1 qəpikdən hesablanır. 


Lirənin ucuzlaşması Türkiyədən yerli istehsal olan məhsulların, o cümlədən geyim vasitələrinin idxalını əlverişli edir. 


Türkiyəli ekspertlərin proqnozuna istinad etsək, ilin sonuna qədər Azərbaycanda 1 lirə 5,6-5,7 qəpiyə qədər ucuzlaşacaq. Başqa sözlə, 100 lirənin alış qiyməti 5,6-5,7 manata düşəcək. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR