Zelenskinin əsas rəqibi odur - ABŞ müdafiə nazirinin keçmiş köməkçisi AD AÇIQLADI
“Zelenskinin əsas rəqibi Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovdur”.
Sfera.az bildirir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan deyib. O, bu barədə “Silahlar və Strategiya” bloqunda yazıb.
“Zelenski son vaxtlar generallar arasında dəstəyini itirib. Əgər onun üçün real təhlükə varsa, bu, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və onunla Ukrayna generalları arasında yarana biləcək hər hansı ittifaqdan gələ bilər”, – Stiven qeyd edib.
Müəllif belə qənaətə gəlib ki, üstünlük təşkil edən tendensiya Zelenski ilə onun yaxın ətrafı arasında qarşıdurmadır.
“Ukrayna Silahlı Qüvvələrinin əsgərləri artıq bu fikir ayrılıqlarından xəbərdardır. Hazırda onlar daha çox Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasındakı münaqişədən danışırlar. Qarşıdurma üçün ilkin şərtlər bir neçə il əvvəl yaranıb. Zalujnı, Zelenskinin nəzərində həm də qarşıdan gələn prezident seçkilərində əsas siyasi rəqib kimi görünür”, deyə o bildirib.
Günay