ABŞ İrana və “Hizbullah”a xəbərdarlıq etdi

ABŞ İrana və “Hizbullah”a xəbərdarlıq etdi

Ağ Ev İran və “Hizbullah”a xəbərdarlıq edib. Qeyd olunub ki, sözügedən güclər İsrailə qarşı hücuma başlayarsa, ABŞ hərbi müdaxiləyə hazır olacaq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün Vaşinqton Şərqi Avropada ən həlledici aktordur:

 

“Yaxın Şərqdəki proseslərdə ən çox maraqlı olan güclərdən biri rəsmi Vaşinqtondur. ABŞ-nin iki əsas məqsədi var. Bunlardan birincisi, ərəb dünyasının zəiflədilməsi, ikincisi isə Rusiyanın bölgədəki təsirinin azaldılmasıdır. ABŞ bu hədəfləri üçün hərbi gücdən istifadə etməyə də hazırdır”.

 

Ekspert qeyd edib ki, əslində “Hizbullah” artıq müharibəyə qoşulub:

 

“İsrail müdafiə ordusu ilə “Hizbullah” arasında döyüşlər başlayıb. İran birbaşa savaşa qoşulmaq üçün tələsməyəcək, təmkinli davranmağa çalışacaq. ABŞ isə Tehranı yeni “bataqlığa” salmaq üçün mümkün olan hər şeyi edəcək.  Yəni, ABŞ üçüncü dünya müharibəsinin faktiki olaraq elan olunması üçün əlindən gələn hər şeyi edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR