Ermənistanın YENİ PLANI - Hücuma hazırlaşır?

Ermənistanın YENİ PLANI - Hücuma hazırlaşır?

“Ermənistan Azərbaycana qarşı “sülh qovşağı” adı altında beynəlxalq təzyiqlərə başlayıb”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Paşinyan bu planı Tiflisdə keçirilən “İpək Yolu” konfransında açıqlayıb:

 

“Ermənistan Azərbaycanla nəqliyyat və kommunikasiyaların açılmasını və yola nəzarət edəcək xüsusi təhlükəsizlik xidmətinin yaradıldığını vurğulayıb. Paşinyan regionda Ermənistan üzərindən keçən və tam bu ölkənin nəzarətində olan nəqliyyat yolunu elan etməklə, Avropanın dəstəyini almağı planlaşdırır. Belə bir planı təklif etməklə “sülh” müqaviləsində maraqlı olduğunu göstərir. Reallıq isə əksidir. İrəvan Azərbaycana beynəlxalq təzyiqləri artırmaq və silahlanaraq şərti sərhəddə ölkəmizə hücum edib strateji yüksəklikləri işğal etmək planına malikdir”.

 

Ekspert bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycan və İran arasında Zəngəzur dəhlizinin “Araz vadisi” seqmenti razılaşdırılıqdan sonra təşvişə düşüb:

 

“İran ərazisindən yol işə düşəndən sonra Ermənistanın blokadada qalmaq perspektivi davam edəcək. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik korpusları isə Ermənistan hakimiyyətinin hazırkı siyasətinə qarşı preventiv addımlar atmalıdır. Çünki ölkəmizə qarşı beynəlxalq müstəvidə mənfi rəy formalaşa bilər.

 

Günay


OXŞAR XƏBƏRLƏR