Dünyanın ən "yumşaq" qatili - Dennis Nilsen

Dünyanın ən

Həmişə silsilə qətlləri törədən qatilləri qana aludə olan insanlar kimi tanıyırıq. Əksərən elə olsalar da, bəzi istisnalar var: Denis Nilsen kimi.
 

Sfera.az dünyanın ən “yumşaq” qatilini təqdim edir.
 

Nilsen 1978-1983-cü illərdə 12 kişini qətlə yetirmiş britaniyalıdır.


Onu fərqləndirən isə, qurbanlarını “insani” sayıla biləcək üsullarla öldürməsi idi.


Əslində onun ləqəbi “The Indly Killer”dir.


Qan tökməyən və iplə boğaraq işini görən Nilsen qurban ölməsə, onları suya salaraq, boğub.


Amma çox maraqlıdır ki, ona mərhəmətli qatil ləqəbi verilməsinin səbəbi öldürmə üsulu deyil, şəxsiyyət və davranış tərzindəki detallar olub.


Son dərəcə nəzakətli və ağıllı bir insan olan Nilseni görənlər onun serialı qatil olacağını və ya ciddi şəxsiyyət pozğunluqları olduğunu düşünmürdülər.


Ətrafında mehriban insan kimi tanınırdı.


Nilsen homoseksual olub. Bir neçə uğursuz cəhddən sonra münasibətlərə uyğun olmadığını qəbul edib.


O, adi və duyğusuz seksi mənasız hesab edir və əsl sevgi axtarırdı.


Gecələr bara gedir, gənclərlə görüşüb onları evinə içkiyə dəvət edirdi.


Evindən bir mənzərə.


Onları öldürdükdən sonra alt paltarlarına qədər soyundurur, makiyaj edir və kresloya əyləşdirirdi. Birlikdə keçirdikləri bu qısa müddət Nilsen üçün uğurlu əlaqələr idi.


Ölüləri makiyaj edərək bədbəxt həyatını canlandırmağa çalışan bu adam tez-tez özü də makiyaj edir və özünü qane etmək üçün daim yeni yollar axtarırdı.


Ömrü boyu sevgililəri olsa da, Nilsen daha tənhalığa dözə bilməyib və serialı qətllərinə barda tanış olduğu adamla başlayıb.


Nilsen bir gün barda tanış olduğu adamı evinə dəvət edib, kişi evinə getmək istəyəndə isə onu öldürüb. Daha sonra yaxşıca təmizlədiyi ölü ilə vaxt keçirməyə başlayıb.


Həm ölü bir cəsədin ona verdiyi həzz, həm də tənhalığından qurtulmaq Nilseni o qədər məmnun edib ki, görüşdüyü və ya cinsi əlaqədə olduğu kişiləri bir-bir öldürməyə başlayıb.
 

Nilsen əvvəlcə qarşısındakı adamı kəndirlə boğub, bu da kömək etməsə, onu suda boğur, sonra isə təmizləmə prosesinə başlayırdı.


Evindəki cəsədlər çoxalıb çürüməyə başlayanda, Nilsen meyitləri yandıraraq onlardan xilas olmağa çalışıb. Lakin uğurlu alınmayıb. Çarəni meyit hissələrini tualetə atıb üstündən su axıtmaqda tapsa da, bu da uzun müddət davam etməyib.


Gözlənildiyi kimi, borular tıxandıqda qonşuları Dennis Nilseni polisə şikayət edib və beləliklə, qətl hadisələri üzə çıxıb.


Tutulanda polisə dayanmaq istəsə də, həyatında başqa bir həyəcan olmadığı üçün davam etmək məcburiyyətində olduğunu bildirib.


Məhkəmə zamanı 25 il həbs cəzası ilə mühakimə olunsa da, sonradan onun ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verilib. O, 2021-ci ildə həbsxanada ölüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR