UEFA \"Qarabağ\" klubuna ödəniş etdi

18:00 / 06.11.2023
9699
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.
Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.