Putin gələn il prezident seçkilərində iştirak edəcək? - Peskovdan AÇIQLAMA 

Putin gələn il prezident seçkilərində iştirak edəcək? - Peskovdan AÇIQLAMA 

“Putin 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlib”.  

 

Sfera.az xəbər verir ki, “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. 

 

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. O, Putinin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamadığını söyləyib.

 

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Seçki kampaniyasının özü də hələ rəsmi olaraq elan edilməyib", - Kreml sözçüsü bildirib.

 

Xatırladaq ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır. 

 

Günay


OXŞAR XƏBƏRLƏR