Vergi orqanlarında işləmək istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Vergi orqanlarında işləmək istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının nəticələri elan edilib.

 

Sfera.az xəbər verir ki, noyabrın 5-də keçirilən imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

 

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2430 namizəddən 37 nəfəri imtahana gəlməyib. 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

 

Xatırladaq ki, imtahanda namizədlərə seçdikləri istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 7 noyabr saat 10:00-dan 9 noyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Apellyasiya komissiyasına müraciət edən namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


OXŞAR XƏBƏRLƏR

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...

Prezidentə JF-17C təyyarələri TƏQDİM OLUNDU

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasi...