“Bayer 04” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək

“Bayer 04” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək

Almaniyanın “Bayer 04” komandası UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.

 

Sfera.az-ın məlumatına görə, Leverkuzen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb.

 

Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.

 

“Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.

 

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.


OXŞAR XƏBƏRLƏR