Antoni Blinken Türkiyədə - Niyə gəlib?

Antoni Blinken Türkiyədə - Niyə gəlib?

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada səfərdə olan amerikalı həmkarı Antoni Blinkenlə görüşüb.

 

Sfera.az bildirir ki, görüşdə regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir. Həmçinin, Blinkenin səfəri ilə bağlı müxtəlif iddialar da səsləndirilib.

 

Belə ki, “Agence France-Presse” (AFP) xəbər agentliyi amerikalı diplomatın Türkiyəyə Qəzzadakı vəziyyəti dəyərləndirmək üçün gəldiyini yazıb. “Blinken Ankaranın qəzəbini soyutmağa çalışır”, başlıqlı materialda ABŞ dövlət katibinin Türkiyədə çətin görüşlər keçirəcəyi qeyd edilib.

 

Ankaranı Vaşinqtonun ən strateji, lakin çətin müttəfiqlərindən biri kimi xarakterizə edən “AFP” yazıb ki, Blinken Qəzzada axan qanla bağlı Türkiyənin qəzəbini sakitləşdirməyi hədəfləyir: “Türkiyədə həm İsrailə, həm də Qərbə qarşı aqressivlik getdikcə artır”.

 

Digər tərəfdən, agentlik prezident Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi proqramını xatırladaraq, bunu ABŞ-nin baş diplomatına hörmətsizlik kimi qiymətləndirib. Belə ki, ölkə başçısının Blinkenlə görüşü nəzərdə tutulmasa da, onun bu gün Türkiyənin ucqar şimal-şərqinə getməyi planlaşdırdığı vurğulanıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR