Leysan, şimşək, qar - Sabahın havası

Leysan, şimşək, qar - Sabahın havası

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

"ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir" - Ərdoğan

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ameri...

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...