Türkiyənin bu şəhərinə 13 milyondan çox turist gəlib
Dünya
12:35 / 06.11.2023
9915
İstanbul şəhəri 2023-cü ilin ilk 9 ayında 13 milyon 156 min 209 xarici turist qəbul edib.
Sfera.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, İstanbula gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,61 faiz (1,3 milyon turist) artıb.
Türkiyənin ən böyük şəhərinə yalnız sentyabrda 1 milyon 632 min xarici turist səfər edib.
Sentyabrda İstanbula ən çox xarici turist Rusiyadan (169 min), Almaniyadan (120 min) və İrandan (112 min) gəlib.
İstanbula gələn turistlərin 9 milyon 248 mini hava limanından istifadə edib.
Vasif