İsrail ordusu Qəzzada irəliləyir - HƏMAS-ın hərbi düşərgəsi ələ keçirildi

İsrail ordusu Qəzzada irəliləyir - HƏMAS-ın hərbi düşərgəsi ələ keçirildi

İsrailin quru qüvvələri Qəzza zolağında HƏMAS-a aid olan hərbi düşərgələrdən birini nəzarət altına alıb. 


Sfera.az xəbər verir ki, TASS bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

 
Məlumata əsasən, hərbi düşərgənin ərazisində müşahidə məntəqələri, silahlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var. 


Bundan əvvəl yayılan rəsmi məlumatda İsrail ordusunun Qəzza zolağında HƏMAS-ın 450 hərbi obyektinə hücum etdiyi bildirilirdi. Məlum olub ki, gecə saatlarında qırıcı təyyarələr tunellərə, terrorçuların dəstələrinə və hərbi postlara hücum edib. Həm havadan, həm də qurudan aparılan əməliyyatlar sayəsində İsrail ordusu Qəzzada irəliləyir. 


Vasif


OXŞAR XƏBƏRLƏR