Dəhşətli qəzaya düşənlər bu şirkətin işçiləri imiş - FOTO

Cəmiyyət
11:47 / 06.11.2023
10438
Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.
Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daşaltı kəndi ərazisində aşaraq yanan “Nissan Navara” markalı avtomobildə olan şəxslər “Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fotoda sürücü Elvin Abbasov
Fotoda Kamil Qaybalıyev
Fotoda Rəşad Atakişiyev