"Göyçə gölü ətrafındakı əcdadlarımıza aid qəbirlər Fransaya aparılıb" - Əfqan Vəliyev
“Qərbi Azərbaycan ərazisində hər zaman əcdadlarımız yaşayıb”.
Sfera.az xəbər verir ki, bunu sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlara maddi-mədəni irsimiz” kitabının təqdimatı ilə bağlı konfransda deyib:
“Qərbi Azərbaycanda əcdadlarımızın yaratdığı maddi-mənəvi əcdad bizim milli və sosioloji kimliyimizin yaddaşıdır. Ermənistan təkcə insanlarımıza deyil, həm də maddi-mənəvi irsimizə qarşı terror keçirir. Hansısa arxeloq tədqiqat apararkən Göyçə gölü ətrafında tapdığı tarixi şeyləri, qəbirləri Fransaya aparmağa nail olub. Bununla da Azərbaycanın tarixi-mədəni irsini məhv edib, öz adlarına çıxıblar. Qazıntıdan çıxan ən dəyərli abidələr idə isə Rusiya muzeylərinə göndərilib. Bizim xarici mənbələrdəki abidələrimiz minlərlədir”.
Firuzə Əliyeva