ABŞ-nin Putinlə bağlı əsas yanlışı nədir? - “Foreign Affairs” nəşrindən İDDİA
Dünya
11:32 / 06.11.2023
4701
ABŞ-nin Ukrayna savaşı ilə bağlı əsas səhvi açıqlanıb.
Sfera.az bildirir ki, bu barədə “Foreign Affairs” yazı dərc edib. Qeyd olunub ki, Ağ Ev administrasiyası Putinlə bağlı müəyyən yanlışlara yol verib.
“Amerika rəsmiləri Rusiya lideri ilə ünsiyyətdə güc nümayiş etdirmək prinsipini təbliğ edirlər. Bu isə daha böyük münaqişələrə səbəb ola bilər. Yəni Vaşinqtonda nüfuzlu oyunçular Putini səhv başa düşməkdə davam etsələr və güc nümayişinin onunla ünsiyyət qurmağın yeganə yolu olduğuna inansalar, onlar Rusiya ilə birbaşa münaqişə yarada bilərlər” - nəşr yazıb.
“Foreign Affairs” əlavə edib ki, ABŞ strategiyanı dəyişməli, münaqişənin diplomatik yolla, o cümlədən Rusiya ilə danışıqlar və dialoq vasitəsilə həllinə çalışmalıdır.
Günay