“Zəfər Günü ermənilərlə tarix davamıza son qoyub” – Fazil Mustafa
Cəmiyyət
11:21 / 06.11.2023
3971
"Zəfər Günü ermənilərlə tarix davamıza son qoyub".
Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında deyib:
"Unutmamalıyıq ki, Zəfər Günü həm də ermənilərlə tarix davamıza son qoyub. Artıq gələcək davamız var, bu da beynəlxalq hüquq çərçivəsində olan Qərbi Azərbaycan məsələsidir. Abidə bir dəyər ehtiva etməlidir. Qərbi Azərbaycanda bizim üçün iki mənəvi dəyərli yer də var ki, bunlar İrəvan Müəllimlər Seminariyası və Uluxanlı məktəbidir. İrəvan Müəllimlər Seminariyasında təhsil almış 30 azərbaycanlı burada kənd məktəblərinin açılmasında böyük rol oynayıblar”.
Firuzə Əliyeva