“Kontakt” Qarabağa çatdırılma edən ilk elektronika mağazalar şəbəkəsi oldu

“Kontakt” Qarabağa çatdırılma edən ilk elektronika mağazalar şəbəkəsi oldu

Artıq Qarabağa qayıdan yerli əhali, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları 30 000-dən çox məhsul çeşidini: elektronikadan məişət texnikasına, mebel və tekstildən qab-qacağa, kosmetika və şəxsi baxım məhsullarından uşaq oyuncağına, musiqi alətlərindən təmir-tikinti alətlərinə qədər hər şeyi kontakt.az saytına daxil olmaqla və ya *6060 Çağrı Mərkəzinə zəng etməklə birbaşa ünvanlarına sifariş verə bilərlər. Özü də həm çox sərfəli nağd, həm də hissəli alış şərtləri ilə.

 

Hal-hazırda çatdırılma xidməti LaçınZəngilanCəbrayıl və Qubadlı bölgələrini əhatə edir. Şəbəkə tezliklə bu siyahını böyüyəcəyinə və sevindirən çatdırılma xidmətinin bütün Qarabağı əhatə edəcəyinə söz verir.

 

Sevindirməyi özünə missiya seçən “Kontakt” bununla da işğaldan azad olunmuş bölgələrə çatdırılma həyata keçirən ilk elektronika mağazalar şəbəkəsi olmaqdan qürur hissi duyur.

 

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə 1.5 milyon manatdan artıq vəsait cəlb olunub. Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə “Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy olmağa çağırır. “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrdə burada tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...

Prezidentə JF-17C təyyarələri TƏQDİM OLUNDU

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasi...