Ac ayı evə girərək soyuducunu özü açıb - VİDEO

Ac ayı evə girərək soyuducunu özü açıb - VİDEO

ABŞ-da ac ayı yaşayış evinə daxil olaraq, soyuducunu açıb və yemək götürüb.



Sfera.az bildirir ki, müşahidə kamerasının görüntülərini ev sahibi Helena Howlis sosial şəbəkədə paylaşıb. Ayı onun evinə açıq qalmış pəncərədən daxil olub.



Kadrlarda heyvanın evin içərisində dəhlizdə dolaşaraq mətbəxə getdiyi görünür. Daha sonra video, ayının dərhal maraq göstərdiyi soyuducunun üstündə quraşdırılmış başqa kameraya keçir. Ayı dondurucunun qapısın problemsiz açaraq, içindəkiləri iyləmək üçün burnunu içəriyə soxub.



Sonda heyvan dondurulmuş lazanyanı soyuducudan çıxararaq yeyib, daha sonra açıq pəncərədən asanlıqla bayıra çıxıb. Bu möhtəşəm video qapı zəngi və qapalı kamera vasitəsilə lentə alınıb.



Qeyd edək ki, qara ayılar otla yanaşı, meyvə, giləmeyvə və qoz-fındıq da yeyirlər. Bununla belə, insan yeməyinin ən kiçik qoxusuna belə cəlb olunurlar.



Konnektikut Enerji və Ətraf Mühitin Mühafizəsi Departamenti qeyd edir ki, qara ayılar çox ağıllıdır və kəskin iybilmə qabiliyyətinə malikdir.



"Qara ayılar yeməyin ən kiçik qoxusunu aşkar edə bilir. Ehtiyatsız saxlanılan yemək və zibil qoxuları ayıları uzun məsafələrə cəzb edə bilər. Qara ayılar ümumiyyətlə utancaq, gizlənən və insanlardan qorxmağa meyllidirlər. Lakin , əgər onlar müntəzəm olaraq evlərin və aktiv fəaliyyətin olduğu yerlərin yaxınlığında yemək tapsalar, qorxularına qalib gələ bilərlər”- deyə nazirlik xəbərdarlıq edib

 

Aynil

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR