Alpinizm Federasiyasının sabiq rəhbəri vəfat etdi

23:04 / 05.11.2023
4946
Azərbaycan Alpinizm Federasiyasının sabiq rəhbəri Rasim Cəfərov dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, alpinizm üzrə ikinci dərəcə əldə etmiş təlimatçı 82 yaşında vəfat edib.
Qeyd edək ki, Rasim Cəfərov Federasiyaya 1988-ci ildə rəhbərlik edib. O, uzun illər "Elbrus" alpinizm düşərgəsində təlimatçı işləyib.