Zəngilanda minik və yük avtomobilləri toqquşdu: Xəsarət alanların kimliyi bilindi

Zəngilanda minik və yük avtomobilləri toqquşdu: Xəsarət alanların kimliyi bilindi

Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış “Maz” markalı yük avtomobilinə çırpılıb.

 

APA xəbər verir ki, hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci kilometrində baş verib.

 

Nəticədə minik avtomobilinin sərnişini - Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Şəmsəddin Vaqif oğlu Sədiyev hadisə yerində ölüb. Sərnişinlər - 1995-ci il təvəllüdlü Təbriz Tamis oğlu Əsədov, 1992-ci il təvəllüdlü Natiq Aydın oğlu Bayramov və 1995-ci il təvəllüdlü Vüsal Xəqani oğlu İsmayılov və sürücü - 1988-ci il təvəllüdlü Emin Ramiz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR