Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas etdi

20:21 / 05.11.2023
4111
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub.
Sfera.az xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə "Varazdin"ə qarşı keçirdikləri çempionatın XIV tur matçında komandasını məğlubiyyətdən xilas edib.
Belə ki, 75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisinin heyətində cari mövsümdə 5-ci qolunu vurub.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.