Tərtərdən acı xəbər:  Mina partladı

Tərtərdən acı xəbər:  Mina partladı

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq"-deyə, məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR