Milyarder dəbdəbəli ad günü üçün şəhər "aldı"

Milyarder dəbdəbəli ad günü üçün şəhər

Yapon milyarder Kaoru Nakajima 73 yaşını Palermo şəhərində dəbdəbəli şəkildə qeyd etməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, milyarder şəhərin ən qədim və məşhur məkanlarının bəzilərini ad gününü qeyd etmək üçün icarəyə götürüb. Onun özəl günündə 1400 qonaq iştirak edəcək. Ziyafətin 4 gün davam edəcəyi bildirilir.

 

Belə ki, Kaoru şəhərin bir sıra attraksionlarını, o cümlədən opera teatrlarını və çoxəsrlik hotellərini kənar adamların üzünə bağlamağa nail olub. Milyarderin icarəyə götürdüyü binalar arasında İtaliyanın ən böyük opera teatrı olan Teatro Massimo da yer alıb.

 

132 yaşlı Politeama Teatrında isə qonaqlarının əylənməsi Kaoruya 37 min avroya başa gəlib. Məşhur dirijor Rikkardo Muti əyləncə gecəsində dirijorluq edəcək. Kaorunun qonaqları üçün əfsanəvi italyan tenoru Andrea Boçellinin oğlu Matteo Boçellinin konsertini də təşkil edəcəyi də şayiələr arasında yer alıb.

 

O, Palermoda qonaqlarını yerləşdirmək üçün artıq iki beşulduzlu hoteli də icarəyə götürüb. 

 

Kaorunun bu addımı xarici mediada milyarderin Palermo şəhərini "alması" kimi təqdim olunub.

 

Lakin onun ekstravaqant ad günü şənliyi ilə bağlı planları rəsmiləri qəzəbləndirib və onlar milyarderin bir neçə əlamətdar məkanı icarəyə götürməsinə necə icazə verildiyini sual ediblər. Siciliya qubernatoru Renato Şifani Palermo meri Roberto Laqali dörd günlük ziyafətə razılıq verdiyinə görə tənqid atəşinə tutub. O, Kaoruya qısa müddətdə və asanlıqla bu qədər məkanı icarəyə verilməsindən narahat olduğunu və bunun digər super zəngin insanlara pis nümunə ola biləcəyini qeyd edib. (axsam.az)


OXŞAR XƏBƏRLƏR

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...