400 manat qazanmışdı, 2 min CƏRİMƏLƏNDİ

400 manat qazanmışdı, 2 min CƏRİMƏLƏNDİ

Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.

 

Sfera.az xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Sabirabad sakini, 2000-ci il təvəllüdlü A.Məlikov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

 

Məhkəmədə bildirilib ki, o, teleqramda bir neçə kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifələrin 30-35 min nəfər izləyicisi olub və A.Məlikov reklam paylaşımları edib.

 

Məhkəmədə A.Məlikov kanalları pul qazanmaq üçün yaratdığını etiraf edib. O, ümumilikdə 400 manat qazandığını deyib.

 

Onun ilk dəfə cinayət törətməsi, yaşadığı yerdə müsbət xarakterizə edilməsi və digər hallar nəzər alınaraq A.Məlikova həbslə əlaqəli olmayan cəza verilib. Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 2 min manat pul cəriməsi cəzası verilib. Bununla yanaşı məhkəmənin hökmü ilə A.Məlikov 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

 

Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.


OXŞAR XƏBƏRLƏR

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...

Prezidentə JF-17C təyyarələri TƏQDİM OLUNDU

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasi...