AZAL-dan Bakı-Naxçıvan uçuşları ilə bağlı tövsiyə

AZAL-dan Bakı-Naxçıvan uçuşları ilə bağlı tövsiyə

Noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

 

Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

 

Zərurət olduqda aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

 

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

 

“Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkdən tanış ola bilərsiz.

 

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54. “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...