Neft Fondunun neft və qaz gəlirləri 178 milyard dolları ötüb
İqtisadiyyat
15:00 / 04.11.2023
5118
Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından çıxarılan neft və qazın satışından əldə etdiyi gəlir 178 milyard dolları ötüb.
Sfera.az xəbər verir ki, Neft Fondu 2001-ci ildən başlayaraq AÇG-dən, 2007-ci ildən isə “Şahdəniz” yatağından gəlir əldə edir.
Neft Fondu 2023-cü ilin noyabrın 1-nə kimi hər iki yataqdan ümumilikdə 178,3 milyard dollar gəlirə sahib olub.
Bu ilin ilk 10 ayı ərzində isə AÇG yatağından 5,866 milyard dollar, “Şahdəniz” yatağından 1,183 milyard dollar vəsait əldə edilib.
Cari ildə yataqlardan ümumi gəlir 7,05 milyard dollar təşkil edib.
Vasif