“Ümumtürk dünyasının mədəniyyət zövqü də artıq Şuşada formalaşır” – Emin Əfəndi

“Ümumtürk dünyasının mədəniyyət zövqü də artıq Şuşada formalaşır” – Emin Əfəndi

Azərbaycanın tanınmış prodüseri və televiziya aparıcısı Emin Əfəndinin "Danışır Əfəndi” layihəsi çərçivəsində növbəti verilişi yayımlanıb.


Sfera.az xəbər verir, verilişdə E.Əfəndi ötən həftə ölkə gündəmini zəbt edən xəbərlərlə bağlı öz yanaşmasını dinləyiciləri ilə bölüşüb.


Növbəti veriliş “Zövqlər müxtəlifdir” başlığı ilə yayımlanıb. Verilişdə tanınmış televiziya aparıcısı bir neçə hadisəyə öz münasibətini bildirib. 


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi Musiqi forumunda iştirak etdiyini deyən E.Əfəndi qeyd edib ki, musiqimizin tarixi və zənginliyi qədər ona düz mütənasib olan problemləri də var. Müzakirələrdən sonra E.Əfəndi inanır ki, yaxın gələcəkdə musiqi sənayesinin inkişafının şahidi olacağıq:

 

“Çünki millətimizin sərvəti olan mədəniyyət sahəmizə islahatçı qüvvələrin axını başlayıb və onlar real işlər görmək həvəsindədirlər”. 


Bugünlərdə Azərbaycan növbəti Zəfər Günü tədbirlərinə hazırlaşır. E.Əfəndi builki tədbirlərin daha möhtəşəm olacağına əmindir:

“Ötən həftə yayılan məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. PHərbi paraddan sonra Zəfər Günü təntənəsi işğaldan azad olmasının üçüncü ilini qeyd edəcək Şuşada davam etdiriləcək. Müqəddəs Şuşamızın isə artıq Türk dünyamızın mərkəzinə çevrildiyinin şahidi oluruq. Belə ki, Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. Deməli, tək musiqi deyil, eləcə də ümumtürk dünyasının mədəniyyət zövqü də artıq Şuşada formalaşır”. 


Prodüser işğaldan azad edilən ərazilərdə azərbaycanlılara qarşı cinayət əməlləri törədən, vəhşiliklər edən erməni silahlı birləşmələrinin üzvlərinin həbs edilməsinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirilən əməliyyatlara da toxunub, bu əməliyyatlarla bağlı öz fikirlərini bölüşüb. E.Əfəndi hesab edir ki, DTX-nin Xocalı soyqırımın törədilməsində ittiham olunan Madat Babayanı saxlaması mühüm hadisədir: “Madat Babayan Xocalı soyqırımı ilə bağlı istintaqa bir sıra ifadələr verib. O istintaq zamanı ifadəsində bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olub və iyrənc əməllərinin bütün detallarını təfərrüatları ilə etiraf edib. Bu mövzuda hələ çox etiraflarının olacağından əminəm”. 


E.Əfəndi ötən həfətənin maraq doğuran digər hadisələrilə də bağlı düşüncələrini ifadə edib. 

 

Ətraflı “Zövqlər müxtəlifdir” - "Danışır Əfəndi” verilişinin budəfəki buraxılışında:


 

Vasif


OXŞAR XƏBƏRLƏR