Azərbaycanda internet dələduzlarının YENİ FIRILDAĞI: Əvvəl pul göndərirlər, sonra isə... - FOTOLAR

Azərbaycanda internet dələduzlarının YENİ FIRILDAĞI: Əvvəl pul göndərirlər, sonra isə... - FOTOLAR

Son günlər sosial şəbəkələrdə internet dələduzlarının artması ilə bağlı daha çox paylaşımlar müşahidə edirik.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı texnobloqçu Fərid Pərdəşünas dünən öz Feysbuk hesabında paylaşım edib:

 

“Azərbaycanda fəaliyyət göstərən internet dələduzları marketinq büdcəsi ayırmağa başlayıblar. Bu dələduzlar vətəndaşlarda inam yaratmaq üçün ilkin olaraq onlara vəd etdikləri qazancları verirlər. Məsələn, bu linkə klik et və ya hesabını yaz 6 manat balans gələcək. Yazırsan və gəlir. 

 

Bu yolla onlar qurbanlarda saxta inam hissi yaradaraq növbəti məqamda bütün hesabda olan pulları mənimsəyirlər. Bu səbəbdən ayıq-sayıq olan vətəndaşlar dələduzların verdikləri pulu alıb, rahat aradan çıxa bilirlər, lakin minlərlə insan da dələduzun səmimiyyətinə inanıb, növbəti mərhələdə ağır maliyyə itkiləri ilə üzləşirlər”.

 

Daha sonra tanınmış müğənni Nura Suri özünə gələn “iş təklifi”ni paylaşıb.

 

İsmarışda deyilir:


“Bu, digər işinizə mane olmayan part-time işdir. Sadəcə YOUTUBE videolarını bəyənib skrinşot göndərmək kifayətdir, qoşulma haqqı yoxdur. 1 video 1 bəyənmə = 2m. Gündə 80m-ə qədər qazana bilərsiniz. Yəni maraqlanırsınız?”

 

Paylaşımın şərh bölməsində bu tip “iş təklifi” alan izləyicilər də özlərinə gələn ismarışları bölüşüb:

 


Sonda isə məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev münasibət bildirib. E.Hacıyev F.Pərdəşünasın paylaşımına istinad edərək vətəndaşları diqqətli olmağa çağırıb:

 

“Kiberdələduzlar yeni metodlarla çalışır. Zərərçəkənlər var. Hər bir vətəndaş diqqətli olmalıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR