Nazirlikdən uşaqlarla bağlı əhaliyə MÜHÜM MÜRACİƏT

Nazirlikdən uşaqlarla bağlı əhaliyə MÜHÜM MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqlarla bağlı əhaliyə müraciət edib.

 

 

Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir.

 

Belə ki, yalnız ötən on gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində Nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib.

 

"Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.

 

Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə azyaşlıların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq", - müraciətdə qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...