“Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” - İlahiyyatçı Hacı Təyyar

“Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” - İlahiyyatçı Hacı Təyyar

"Dinimizdə siğə anlayışı müxtəlif cür başa düşülür. Siğəni müddətli dini nikahla səhv salırlar. Lakin bunun mənası başa düşüldüyü kimi deyil". 

 

Sfera.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib. 

 

O siğənin necə və nə zaman bağlanmasından danışıb: 

 

"Bir sıra hallarda siğə bağlamaq olar. Bunu bir növ anlaşma, müqavilə kimi də izah etmək mümkündür. Əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər. Yaxud deyək ki, qadına hər hansı bir məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmamaq üçün bu dini müqaviləni bağlamalıdır. Məsələn, qadın ölüm ayağındadır və onu məzara qoyacaq atası,qardaşı, həyat yoldaşı yoxdur. Bu vəzifəni başqa bir şəxs üstünə götürməlidir ki, naməhrəm sayılmasın. Bu kimi hallarda siğəyə müraciət edilir. 

 

Siğə həm də tibbi müdaxilələr zamanı mütləq olmalıdır. Kişi həkim tərəfindən edilən estetik, ginekoloji müayinə və əməliyyatlar və digər başqa hallarda bunun olması dini cəhətdən zəruridir. Doğrudur, müasir dövrdə çox insan buna o qədər də ciddi yanaşmır. Ancaq dini nöqteyi nəzərdən bu olduqca vacib haldır". 

 

İlahiyyatçı onu da qeyd etdi ki, hazırda bir çox plastik əməliyyatlardan sonra qadınların üzü bağlanmaqla çılpaq şəkilləri paylaşılır. Həmin bədən əzaları naməhrəm sayılır deyə bu da din baxımından doğru hesab edilmir. 


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...