Naxçıvana avtobus reyslərinin sayı artırıldı

Naxçıvana avtobus reyslərinin sayı artırıldı

Bakıdan İran ərazisi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və əksinə avtobus reysləri 4-ə çatdırılıb.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.

 

Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının bu ilin sentyabr ayında Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.

İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reysi 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...