DİN vətəndaşlara müraciət etdi

DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) qanunsuz saxlanılan silah-sursatla bağlı yenidən vətəndaşlara müraciət edib.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş son 3 ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib.

 

Daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.

 

Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

 

Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır.


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...