Ata qızını 250 minə satışa çıxardı - FOTOLAR

Ata qızını 250 minə satışa çıxardı - FOTOLAR

Kütahyanın Simav bölgəsində yaşayan atanın bir neçə dəfə sosial şəbəkədə qızını satmağa çalışdığı ortaya çıxıb.

 

Sfera.az xəbər verir ki, dörd il əvvəl “Y.D” (şərti ad) sosial media hesabında qızı “D.K”nın (şərti ad) şəklini paylaşaraq “Bu qız satılır” yazıb.

 

Y.D-nin ötən il sosial media hesabında qızı üçün “250 min lirə” istəməsi ilə bağlı canlı yayımın çəkilişləri də üzə çıxıb. Kadrlarda ata “Qızım 250 min lirədir” deyir.  Gənc qız daha sonra 250 min lirə qarşılığında evləndirilib.

 

Ona qarşı irəli sürülən ittihamları rədd edən Y.D qızının fotosunu zarafat məqsədilə sosial şəbəkədə paylaşdığını, D.K-nın Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən dövlət himayəsinə götürüldüyünü bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR