İsrail-HƏMAS münaqişəsi: ABŞ atəşkəsi dəstəkləmədiyini AÇIQLADI
Siyasət
17:42 / 03.11.2023
7881
“Biz HƏMAS-a İsrail vətəndaşlarını və başqalarını yenidən qruplaşdırmaq, onları təhlükəyə salmaq üçün vaxt verəcək atəşkəsi dəstəkləmirik”.
Sfera.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Pat Reyder mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da İsrail- Fələstin münaqişəsindəki humanitar fasilənin HƏMAS-ən xeyrinə olacağını deyib :
“Münaqişədə istənilən fasilə dövlətin xeyrinə olardı. Burada çox mürəkkəb faktlar var. Əmin ola bilərsiniz ki, HƏMAS bundan öz xeyrinə istifadə edəcək”
Firuzə Əliyeva