Dünyada ərzaq məhsulları 11 faiz ucuzlaşıb - Bəs Azərbaycanda?

Dünyada ərzaq məhsulları 11 faiz ucuzlaşıb - Bəs Azərbaycanda?

Qlobal ərzaq qiymətləri oktyabr ayında da enib.


Sfera.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi qiymətlərə görə, oktyabrda qlobal ərzaq qiymətləri 11 faiz azalıb. Bununla da qlobal ərzaq qiymətlərində enmə 12-ci aya çatıb. 


Oktyabr ayında şəkər, taxıl, bitki yağları və ətin ucuzlaşması səbəbindən dünya ərzaq qiymətləri 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə düşüb.

 
Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi sentyabrda 121,3-dən oktyabrda 120,6-ya geriləyib. 


Qeyd edək ki, son bir ildə ölkəmizdə ərzaq qiymətləri nəinki azalmayıb, əksinə daha da yüksəlib. 


Vasif


OXŞAR XƏBƏRLƏR